EN

Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 19 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyənin xüsusi xidmət orqanlarının əməkdaşları AnkaraRespublikası Baş Prokurorluğunun FETÖ-yə qarşı istintaqıçərçivəsində TÜBİTAK (Türkiyə Elmi və Texnoloji TədqiqatlarAgentliyi) və ASELSAN-da (Hərbi Elektronika Sənayesi və TicarətAnonim Şirkəti) əməliyyatlar keçirilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Baş Prokurorluğun yaydığı məlumata görə, Terror Cinayətlərininİstintaq Bürosu, Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindənəvvəllər silahlı terror təşkilatının üzvü olmaq ittihamı iləaparılan istintaq zamanı axtarışda olarkən saxlanılan H.İ.A.-nınrəqəmsal materiallarının təhlili nəticəsində “SIGNAL” adlı tətbiqvasitəsilə aparılan şifrəli təşkilati yazışmalar aşkar edilib.

Bununla əlaqədar olaraq, 2-si TÜBİTAK, 1-i ASELSAN, 1-i TürkiyəEnerji, Nüvə və Mədən Tədqiqatları Qurumunun, 1-i isə TürkTelekomünikasiya Anonim Şirkətinin əməkdaşı olmaqla ümumilikdə 19nəfər şübhəli barəsində həbs qərarı verilib.

Əməliyyatlar mərkəzi Ankara olmaqla, 5 vilayətdə eyni vaxtdahəyata keçirilib.

Məqalədə:
Chosen
66
1
az.trend.az

2Sources