EN

2026-cı ildən Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı dayandırılacaq

Bakı. Trend:

2026-cı ildə aksizlər üzrə büdcəyə daxilolmalar 1 584000 000 manat məbləğində nəzərdə tutulur.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən ki, bu da cari ilin proqnozu ilə müqayisədə71 700 000 manat və ya 4,3 % az,2024-cü ilin icrası ilə müqayisədə 232 700 000manat və ya 17,2 % çoxdur.

Həmin məbləğin 49,2 %-i və ya 779 000000 manatı neft-qaz sektorunun, 50,8 %-ivə ya 805 000 000 manatı qeyri neft-qaz sektorununpayına düşür.

Qeyri neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu iləmüqayisədə 125 000 000 manat və ya 18,4% çox, neft-qaz sektoru üzrə 196 700 000manat və ya 20,2 % az, 2024-cü ilin icrası iləmüqayisədə isə neft-qaz sektoru üzrə 105 000 000manat və ya 15,6 %, qeyri neft-qaz sektoru üzrəisə 127 700 000 manat və ya 18,9% çox nəzərdə tutulur.

Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmayasəbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən,Azərbaycan Respublikasında istehsal olunan və daxiliistehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalınınnəzərdə tutulmaması, istehlakın Aİ-92 markalı avtomobilbenzini üzrə 239 900 ton və ya 14,7%, dizel yanacağı üzrə isə 298 500 ton vəya 13,7 % azalma ilə proqnozlaşdırılmasıdır.Qeyri-neft sektorunda artım isə növbəti ildən bir sıra aksizlimalların aksiz dərəcələrinin artırılması ilə bağlıdır.

Chosen
16
9
az.trend.az

10Sources