2026-cı ildə aksizlər üzrə büdcəyə daxilolmalar 1 584 000 000 manat məbləğində nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən ki, bu da cari ilin proqnozu ilə müqayisədə 71 700 000 manat və ya 4,3 % az, 2024-cü ilin icrası ilə müqayisədə 232 700 000 manat və ya 17,2 % çoxdur.
Həmin məbləğin 49,2 %-i və ya 779 000 000 manatı neft-qaz sektorunun, 50,8 %-i və ya 805 000 000 manatı qeyri neft-qaz sektorunun payına düşür.
Qeyri neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə 125 000 000 manat və ya 18,4 % çox, neft-qaz sektoru üzrə 196 700 000 manat və ya 20,2 % az, 2024-cü ilin icrası ilə müqayisədə isə neft-qaz sektoru üzrə 105 000 000 manat və ya 15,6 %, qeyri neft-qaz sektoru üzrə isə 127 700 000 manat və ya 18,9 % çox nəzərdə tutulur.
Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən, Azərbaycan Respublikasında istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının nəzərdə tutulmaması, istehlakın Aİ-92 markalı avtomobil benzini üzrə 239 900 ton və ya 14,7 %, dizel yanacağı üzrə isə 298 500 ton və ya 13,7 % azalma ilə proqnozlaşdırılmasıdır. Qeyri-neft sektorunda artım isə növbəti ildən bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması ilə bağlıdır.
Milli.Az