EN

Növbəti il ƏDV üzrə büdcəyə daxilolmalar 708 milyon manatdan çox artacaq

Bakı. Trend:

2026-cı ildə əlavə dəyər vergisi (ƏDV) üzrə büdcəyə daxilolmalar4 466 300 000 manat məbləğində nəzərdətutulur.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da cari ilin proqnozu ilə müqayisədə708 100 000 manat və ya 18,8 %,2024-cü ilin icrası ilə müqayisədə 181 200 000manat və ya 4,2 % çoxdur.

Əlavə dəyər vergisi üzrə daxilolmaların 92,1%-i və ya 4 115 300 000 manatı qeyrineft-qaz sektorunun, 7,9 %-i və ya 351 000000 manatı neft-qaz sektorunun payına düşür.

2025-ci ilin proqnozu ilə müqayisədə qeyri neft-qaz sektoru üzrə552 100 000 manat və ya 15,5 %,neft-qaz sektoru üzrə 156 000 000 manat və ya1,8 dəfə, 2024-cü ilin icrası ilə müqayisədə isəqeyri neft-qaz sektoru üzrə 208 700 000 manat vəya 5,3 % çox nəzərdə tutulur.

Qeyri neft-qaz sektoru üzrə ƏDV-nin artımlaproqnozlaşdırılmasının səbəbi cari ildə qeyri neft-qaz ÜDM-ingözlənilən nominal artım tempinin 9,1 %, cari ilingözləniləni ilə müqayisədə növbəti ildə qeyri neft-qaz ÜDM-inproqnozlaşdırılan nominal artım tempinin 8,8 %,sektorlar üzrə turizmin 18,9 %, tikinti sektorunun9,5 %, informasiya və rabitənin 10,1%, nəqliyyat və anbar təsərrüfatının 6,5%, qeyri neft-qaz sənayesinin 11,1 %,sosial və digər xidmətlərin 8,7 %, ticarətin8,0 % artımla proqnozlaşdırılmasınınhesablamalarda nəzərə alınması olub.

Chosen
15
4
az.trend.az

10Sources