EN

2026-cı ildə pensiya ödənişləri üçün DSMF-yə ayrılacaq vəsait 6,3 % artacaq

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsininbalanslaşdırılması məqsədilə 2026-cı il dövlət büdcəsində 1700 000 000 manat vəsait nəzərdə tutulur.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 100 000000 manat və ya 6,3 % çoxdur.

Bu vəsaitin Fondun xərclərinin tərkibində xüsusi çəkisi20,0 % təşkil edəcək.

Xərclərin artımının əsas səbəbi pensiya ödənişi xərclərinin cariil üçün ölkə üzrə gözlənilən ortaaylıq əməkhaqqının artım tempinəmüvafiq olaraq indeksləşdirilməsi ilə bağlıdır.

Azərbaycan Respublikası dövlət sosial müdafiəsi fondununbüdcəsinin xərcləri 8 483 100 000 manat (2025-ciillə müqayisədə 806 700 000 manat və ya10,5 % çox) səviyyəsində proqnozlaşdırılır.

Xərclərin 8 323 100 000 manatı fondun gəlirləri(2025-ci illə müqayisədə 705 700 000 manat və ya9,3 % çox), 160 000 000 manatıisə fondun cari ilin sonuna istifadə olunmamış qalığı hesabınaqarşılanması nəzərdə tutulur.

Fondun büdcəsinin xərclərinin əsas hissəsini əməkpensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərinödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrininsaxlanılması ilə bağlı xərclər təşkil edəcək.

İşsizlikdən sığorta fondunun büdcəsinin xərcləri 266 400000 manat (2025-ci illə müqayisədə 5 700000 manat və ya 2,2 % çox) səviyyəsindəproqnozlaşdırılır.

Xərclərin 238 300 000 manatı fondun gəlirləri(2025-ci illə müqayisədə 31 900 000 manat və ya15,5 % çox), 28 100 000 manatıisə fondun cari ilin sonuna istifadə olunmamış qalığı hesabınaqarşılanması nəzərdə tutulur.

Chosen
43
1
az.trend.az

2Sources