EN

2026-cı ildə ölkədə Aİ-95 markalı avtomobil benzininin istehsalı nəzərdə tutulmur

BAKI, 4 noyabr. TELEQRAF

2026-cı ilin dövlət büdcəsində aksizlər üzrə daxilolmalar 1 milyard 584 milyon manat məbləğində nəzərdə tutulur. Bu da cari ilin proqnozu ilə müqayisədə 71,7 milyon manat və ya 4,3 faiz az, 2024-cü ilin icrası ilə müqayisədə 232,7 milyon manat və ya 17,2 faiz çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfi layihəsində bildirilir.

Qeyd edilir ki, həmin məbləğin 49,2 faizi və ya 779 milyon manatı neft-qaz sektorunun, 50,8 faizi və ya 805 milyon manatı qeyri neft-qaz sektorunun payına düşür.

Qeyri neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə 18,4 faiz çox, neft-qaz sektoru üzrə 20,2 faiz azdır.

Neft sektoru üzrə 2025-ci ilin proqnozu ilə müqayisədə azalmaya səbəb Yanacaq Enerji Balansının göstəricilərinə əsasən, Azərbaycanda istehsal olunan və daxili istehlaka yönəldilən Aİ-95 markalı avtomobil benzini istehsalının nəzərdə tutulmamasıdır. İstehlakın Aİ-92 markalı avtomobil benzini üzrə 239,9 min ton və ya 14,7 faiz, dizel yanacağı üzrə isə 298,5 min ton və ya 13,7 faiz azalma ilə proqnozlaşdırılmasıdır.

Qeyri-neft sektoru artım isə növbəti ildən bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması ilə bağlıdır.

Chosen
9
9
teleqraf.com

10Sources