Bakı. Trend:
Gələn il dövlət büdcəsindən Milli Məclisə 52,07 milyon manatvəsait ayrılacaq.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.
Bu, 2025-ci illə müqayisədə 546 min manat və ya 1,1 faiz artımdeməkdir. 2025-ci ildə dövlət büdcəsindən Milli Məclisə 51,53milyon manat ayrılıb.
Xərclərin əsas hissəsi əməyin ödənişinə yönəldiləcək. Belə ki,2026-cı ildə Milli Məclis üzrə əməyin ödənişi xərcləri 39,51 milyonmanat, o cümlədən əməkhaqqı xərcləri 31,75 milyon manat təşkiledəcək.
Məlumat üçün bildirək ki, 2024-cü ildə parlamentin saxlanılmasıxərcləri 49,22 milyon manat olub.