EN

Məktəbəhazırlıq təhsilinə ayrılacaq vəsait açıqlandı

Bakı. Trend:

Müvafiq tədris illərində 5 yaşlı 87,0 min nəfər uşağınməktəbəhazırlıq təhsili ilə əhatə olunması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu məsələ MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksinitapıb.

Bildirilib ki, məktəbəhazırlıq təhsili ilə bağlı xərclərə 37,4milyon manat ayrılması proqnozlaşdırılıb.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyonmanat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası iləmüqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

Chosen
45
8
az.trend.az

10Sources