EN

Avropa İttifaqı Azərbaycan media əməkdaşlığının perspektivləri

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheşlə görüş keçirilib. Görüşdə Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.

Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin və rəqəmsal transformasiyanın dəstəklənməsini yüksək qiymətləndirib.

İsmət Səttarov, Əhməd İsmayılov, Vüqar Əliyev çıxışlarında Azərbaycan mediasının beynəlxalq inteqrasiyasının və Avropa informasiya məkanında fəal iştirakının vacibliyini vurğulayıblar. Səfir Qüdsi Osmanov bildirib ki, Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi media əməkdaşlığında da yeni imkanlar açır.

Görüşdə, həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal media savadlılığı, gənc jurnalistlərin Avropa təcrübəsinə çıxışı və enerji təhlükəsizliyi ilə bağlı ictimai kommunikasiyanın gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan nümayəndə heyəti Rumıniyanın Milli Audiovizual Şurasının qərargahında qurumun vitse-prezidenti, prezident vəzifəsini icra edən Valentin-Aleksandru Jukan ilə də görüşüb. Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və digər nümayəndələr iştirak ediblər.

Görüşdə tərəflər media tənzimləməsi, yayım etikası, dezinformasiya ilə mübarizə, audiovizual istehsal bazarının inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
14
xalqqazeti.az

10Sources