AZ

Aİ və Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinindeputatı Kristian Terheşlə görüş keçirilib.

Trend xəbərverir ki, görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev,Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov,Audiovizual Şurasının sədri İsmət Səttarov, AzərbaycanınRumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər.

Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasındainformasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişafperspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinintəmin olunması məsələləri müzakirə olunub.

Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqazregionunda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəmverir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianınmüstəqilliyinin və rəqəmsal transformasiyanın dəstəklənməsiniyüksək qiymətləndirib.

Görüşdə, həmçinin sülhün bərqərar olmasından sonra Azərbaycanınregiondakı aparıcı rolu müzakirə edilib. Avropa Parlamentinindeputatı avqustun 8-də Vaşinqtonda ABŞ-ın iştirakı ilə AzərbaycanlaErmənistan arasında imzalanan Birgə Bəyannaməni yüksəkqiymətləndirib. Tərəflər bu sənədi Cənubi Qafqazda əməkdaşlığınmöhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndiriblər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Medianın İnkişafıAgentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AudiovizualŞurasının sədri İsmət Səttarov çıxışlarında Azərbaycan mediasınınbeynəlxalq inteqrasiyasının və Avropa informasiya məkanında fəaliştirakının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, son illərərzində Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcıinformasiya agentlikləri arasında əməkdaşlıq əlaqələri genişlənib,birgə layihələr, jurnalist mübadiləsi proqramları və təlimlərhəyata keçirilir.

Səfir Qüdsi Osmanov bildirib ki, Azərbaycan ilə Rumıniyaarasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi mediaəməkdaşlığında da yeni imkanlar açır. O, Avropa Parlamentinin üzvüKristian Terheşi Azərbaycan reallıqları, xüsusilə də regionda sülhvə bərpa prosesləri barədə obyektiv məlumatların Avropaictimaiyyətinə çatdırılmasında dəstək göstərməyə dəvət edib.

Görüşdə, həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal mediasavadlılığı, gənc jurnalistlərin Avropa təcrübəsinə çıxışı vəenerji təhlükəsizliyi ilə bağlı ictimai kommunikasiyanıngücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsiaparılıb.

Sonda tərəflər media sahəsində əməkdaşlığın daha da inkişafetdirilməsi və Azərbaycan–Avropa informasiya əlaqələriningenişləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyatakeçirilməsi barədə razılığa gəliblər.

Aİ
Aİ
Seçilən
14
14
az.trend.az

10Mənbələr