EN

2026-cı ildə ölkə iqtisadiyyatının real ifadədə 2,9% artacağı proqnozlaşdırılır

BAKI, 4 noyabr. TELEQRAF

Baza ssenari üzrə makroiqtisadi çərçivədə ortamüddətli dövrdə hər il iqtisadi artım proqnozlaşdırılıb, təhlillər 2026-2028-ci illərdə artımın tamamilə, 2029-cu ildə isə əsasən qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyini göstərib.

Teleqraf xəbər verir ki, bu 2026-cı il dövlət büdcəsi layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

2026-cı ilin baza ssenaridə olan proqnozlarında ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, cari əməliyyatlar balansında profisit və sabit məzənnə ilə xarakterizə olunacağı nəzərdə tutulur.

“Büdcə zərfi”nə əsasən, ortamüddətli dövr üzrə əsas fiskal parametrlər xam neftin müxtəlif qiymət ssenariləri əsasında hazırlanıb. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı əsas ekzogen parametr olan neftin qiyməti 65,0 ABŞ dolları müəyyən edilib. Bu ssenariyə əsasən, növbəti ildə ölkə iqtisadiyyatının real ifadədə 2,9% artacağı, istehsal olunan ÜDM-in isə 134,1 mlrd. manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yalnız qeyri neft-qaz sektorunun iqtisadi artıma töhfə verəcəyi nəzərdə tutulur.

Chosen
16
3
teleqraf.com

3Sources