EN

Azərbaycan derbisi: İlk dövrə performansı

Bu həftə Azərbaycan Premyer Liqasında Azərbaycan derbisi baş tutacaq.

Msport.az xəbər verir ki, indiyədək 18 dəfə “Neftçi”, 14 dəfə “Qarabağ” mövsümün ilk derbisinə ev sahibliyi edib.

Komandaların ilk dövrə oyunlarında “Qarabağ” üstündür – 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi 35-25.

Komandaların ilk dövrə oyunu “Qarabağ”ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub, top fərqi 22-12 olub.

Komandaların ilk dövrə oyunu “Neftçi”nin meydanında keçiriləndə ev sahibləri 6 qələbə, qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzub, top fərqi 13-13 olub.

Chosen
27
14
msport.az

10Sources