AZ

Azərbaycan derbisinə doğru: "Qarabağ"ın seriyası davam edəcək?

Bu həftə Premyer Liqada Azərbaycan derbisi baş tutacaq.

Publika.az Peşəkar Futbol Liqasına istinadənxəbər verir ki, İndiyədək 18 dəfə “Neftçi”, 14 dəfə “Qarabağ” mövsümün ilk derbisinə ev sahibliyi edib.

Komandaların ilk dövrə oyunlarında “Qarabağ” üstündür – 12 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət, top fərqi 35-25.

Komandaların ilk dövrə oyunu “Qarabağ”ın meydanında keçiriləndə ev sahibləri 8 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə uduzub, top fərqi 22-12 olub.

Komandaların ilk dövrə oyunu “Neftçi”nin meydanında keçiriləndə ev sahibləri 6 qələbə, qazanıb, 8 heç-heçə edib, 4 dəfə uduzub, top fərqi 13-13 olub.

Seçilən
10
14
publika.az

10Mənbələr