EN

İsraildə terrorçuların edam edilməsi haqqında qanun birinci oxunuşda təsdiqlənib » AzadMedia.az


İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Knesset bu qanun layihəsini 2023-cü il martın 1-də ilkin oxunuşda təsdiqləyib. Qanun layihəsini hakim koalisiyaya daxil olan ifrat sağçı "Yəhudi Gücü" partiyasından olan deputat Limor Son Har-Melex təklif edib.

"The Jerusalem Post" qəzetinin yazdığına görə, sənəd qəsdən və ya biganəlikdən İsrail vətəndaşının ölümünə (bu əməl irqçilik motivləri və ya əhalinin müəyyən qrupuna nifrət zəminində törədildikdə - Qeyd) səbəb olan istənilən şəxsə ölüm cəzasının tətbiqini nəzərdə tutur.

"The Times of Israel" isə yazıb ki, Knesset noyabrın 5-də ilk oxunuşda terrorçular üçün ölüm cəzası qanun layihəsinə baxa bilər.
Chosen
20
6
azadmedia.az

7Sources