EN

Yeni qanun gəlir: İsrailliləri öldürənlərə ölüm cəzası veriləcək

İsraildə Parlamentin Milli Təhlükəsizlik Komitəsi yeni qanun layihəsini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu layihəyə görə, əgər kimsə bir israillini “milliyyətçi" səbəblərlə öldürərsə, o, edam cəzasına məhkum olunacaq.

Başqa sözlə, bu qanun fələstinlilərə qarşı yönəlib. Yəni bir fələstinli israillini öldürərsə, o, edam edilə bilər. Lakin bu qanun israillilərə tətbiq olunmayacaq.

Qanun layihəsini ifrat sağçı təhlükəsizlik naziri İtamar Ben Qvir irəli sürüb və Baş nazir Benyamin Netanyahu ilə onun partiyası da dəstək verib.

Chosen
31
2
publika.az

3Sources