AZ

Yeni qanun gəlir: İsrailliləri öldürənlərə ölüm cəzası veriləcək

ain.az, Turkstan.az saytına istinadən bildirir.

İsraildə Parlamentin Milli Təhlükəsizlik Komitəsi yeni qanun layihəsini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu layihəyə görə, əgər kimsə bir israillini “milliyyətçi" səbəblərlə öldürərsə, o, edam cəzasına məhkum olunacaq.

Başqa sözlə, bu qanun fələstinlilərə qarşı yönəlib. Yəni bir fələstinli israillini öldürərsə, o, edam edilə bilər. Lakin bu qanun israillilərə tətbiq olunmayacaq.

Qanun layihəsini ifrat sağçı təhlükəsizlik naziri İtamar Ben Qvir irəli sürüb və Baş nazir Benyamin Netanyahu ilə onun partiyası da dəstək verib.

Qanun layihəsinin çərşənbə günü Knesset tərəfindən səsverməyə çıxarılması gözlənilir. Layihə qüvvəyə minməsi üçün üç səsvermədən keçməlidir./publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
icma.az

3Mənbələr