EN

“KazMunayGas” və “Lukoil” birgə layihələrə sanksiyaların təsirini qiymətləndirirlər

Qazaxıstanın neft-qaz şirkəti “KazMunayGas” və Rusiyanın “Lukoil” şirkəti birgə layihələrə sanksiya məhdudiyyətlərinin təsirini qiymətləndirirlər.

APA-Economics” xəbər verri ki, bu barədə “TASS” Qazaxıstan şirkətinə istinadən məlumat yayıb.

“Hazırda birgə layihələrin iştirakçıları xarici amillərin, o cümlədən sanksiya məhdudiyyətlərinin potensial təsirinin kompleks qiymətləndirilməsini aparırlar. Qiymətləndirmə hüquqi, maliyyə və texniki aspektlər nəzərə alınmaqla həyata keçirilir”, – məlumatda bildirilir.

Şirkətdə qeyd ediblər ki, layihələr üzrə işlər Qazaxıstan Respublikasının qüvvədə olan qanunvericiliyinə və müqavilə öhdəliklərinə uyğun olaraq müəyyən olunmuş qaydada davam etdirilir.

“Bütün sazişlərdə məhdudlaşdırıcı tədbirlər tətbiq edildiyi halda fəaliyyət qaydasını müəyyən edən sanksiya maddəsi nəzərdə tutulub. Bu müddəaların şərtləri məxfi xarakter daşıyır”, – məlumatda qeud olunur.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi “Lukoil” və onun törəmə strukturlarını yeni sanksiyalar zərfinə daxil etmişdi. Oktyabrın ortalarında Böyük Britaniya da “Lukoil”i sanksiya siyahısına salmışdı. Bununla belə, ABŞ sanksiyaları Xəzər Boru Kəməri Konsorsiumu və “Tengizşevroil” şirkəti ilə aparılan əməliyyatlara, Böyük Britaniyanın məhdudiyyətləri isə əlavə olaraq Qazaxıstandakı Karachaganak yatağına və Xəzərin Azərbaycan sektorunda yerləçən “Şahdəniz” yatağına şamil edilmir.

Qeyd olunanlardan sonra “Lukoil” ona və onun törəmə müəssisələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsi ilə əlaqədar beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu bildirmişdi. Potensial alıcılardan daxil olan müraciətlərin baxılması prosesi başlanılıb.

Xatırladaq ki, bu yaxınlarda "Lukoil" “Gunvor Group” beynəlxalq enerji qrupundan xarici aktivlərini əldə etmək təklifi alıb.”Gunvor Group Ltd.” “LUKOIL International GmbH” şirkətinin 100%-ni əldə etməyi təklif edib. “Lukoil” və “Gunvor” arasındakı razılaşmanın əsas şərtləri əvvəlcədən razılaşdırılıb.

Chosen
38
1
apa.az

2Sources