EN

Odlar yurdu ... “Yanar dağ” zərdüştçülük və atəşpərəstlik dininə sitayiş edənlər üçün müqəddəs ərazidir Video

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məhəmmədli kəndində olan “Yanar dağ” "Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" qoruğu daim tursitlərin diqqət mərkəzində olan bir təbiət hadisəsidir. Yanardağ yerin altında olan neft qaz çöküntüsünün səthə çıxaraq yanması nəticəsində meydana gəlib.

Yanardağ vulkan deyil, sadəcə daim yanan alovdur. Alovlar 3 metrə qədər hündürlüyə qalxa bilir. Azərbaycan əbəs yerə "odlar diyarı" adlanıdırlmayıb. Müxtəlif araşdırmaçıların apardığı araşdırmalara görə, Bakı və ətrafında alovlar hələ qədim dövrlərdən müşahidə olunub. Elə bu səbəbdən də Azərbaycan zərdüştçülük və atəşpərəstlik dininə sitayiş edənlər üçün bu ərazilər müqəddəs hesab edilib.

“Yanar dağ” "Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" statusunu 2007-ci ildə alıb. Qoruğun 65 hektara yaxın ərazisi var. Qoruğun ərazisində yanardağdan əlavə “qurd yuvası” adlı mağara, qəbirstanlıq, kükürdlü suyu olan bulaqlar, “Qirməki” palçıq vulkanı yerləşir. Xatırladaq ki, Azərbaycanda Böyük Qafqazda Kəlbəcər, Laçın, Qarabağda sönmüş vulkanlar mövcuddur. Eyni zamanda Abşeron, Qobustan və Kür-Araz ovalığında vulkanlar var. Ancaq onlar yanardağ deyil, sadəcə onlar püskürən zaman yerin səthinə yeraltı qazlar, su və palçıq çıxır.

Yanardağ qoruğunda olduğumuz zaman maraqlı bir hala şahid olduq. Bura gələn turistlər odun üzərinə qəpik pullar atırdılar. Bu, daxili bir inancdan irəli gəlirdi. Qeyd edək ki, oda və ya suya qəpik ataraq arzu tutmaq qədim ənənələrə söykənir. Bəzi millətlər bunu tanrılara qurban kimi qəbul etsə də, bəzi millətlər də qurban qarşılığında ruhlardan və ya tanrılardan xeyir-dua, şans, şəfa və ya arzularının yerinə yetirilməsini istəyirdilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
bizimyol.info

1Sources