EN

"İdeal Kredit" BOKT-un təsisçilərindən biri payını satıb - Hüseynov alıb

"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 25 %-nə nəzarət edən Xuraman Qubadova payını satıb.

Onun payını kənar investor - Eldar Hüseynov alıb.

O, həm də təsis paylarının 75 %-nə nəzarət edən Qubad Qubadovun (direktor) payının 25 %-ni əldə edib. Beləliklə, onların hər biri BOKT-da 50 % paya malik olub.

Xatırladaq ki, "İdeal Kredit" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır.

İş elanları AzVak.az-da

© "Report"

İdeal Kredit İdeal Kredit BOKT bank olmayan kredit təşkilatı BOKT İdeal Kredit MMC Xuraman Qubadova Eldar Hüseynov Qubad Qubadov təsis payı satışı səhmdar dəyişikliyi pay bölgüsü investor maliyyə sektoru Azərbaycan maliyyə bazarı kredit təşkilatı nizamnamə kapitalı sahibkarlıq investisiya BOKT-lar Azərbaycanda maliyyə xəbərləri.
Chosen
8
1
marja.az

2Sources