EN

“Lukoyl” neft emalı zavodu vurulub - Video

Noyabrın 4-nə keçən gecə Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində “Lukoyl-Nijni Novqorodnefteorqsintez” neft emalı zavodu və Sibur-Kstovo neft-kimya zavodunun yerləşdiyi sənaye zonası yanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın “Astra” internet nəşri məlumat yayıb.

Yerli sakinlər gecə saatlarında partlayışların baş verdiyini bildiriblər. Video şəhər üzərindəki parıltı və hücumdan sonra başlayan yanğını əks etdirib.

Kstovoda videolardan birini lentə alan qadın “Kapets, orada bütün səma sadəcə qırmızıdır” deyir.

Astra iddia edir ki, yanğın hər iki müəssisənin bir-birinə yaxın yerləşdiyi sənaye zonasının cənub-şərq hissəsində baş verib.

Sibur-Kstovo neft-kimya zavodu etilen, propilen, benzol və bir sıra karbohidrogen fraksiyaları istehsal edir. "Lukoyl-Nizhegorodnefteorgsintez" Rusiya Federasiyasının ən böyük zavodlarından biridir və ildə təxminən 17 milyon ton neft emal edir. Zavodda bir çox yanacaq növləri, o cümlədən aviasiya yanacağı istehsal olunur.



Xəbər 6 dəfə oxunub.
Chosen
20
xezernews.az

1Sources