EN

Müşahidəçilər Ermənistanda nə zamanadək qalacaqlar? -Paşinyan açıqladı

Avropa İttifaqının müşahidəçiləri Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda qalacaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 4-də “Orbeli 2025” beynəlxalq forumunda bildirib.

O, əlavə edib ki, sülh sazişinin imzalanması və ratifikasiyasından sonra formatda dəyişikliklər baş verəcək və Ermənistan bu barədə avropalı həmkarları ilə daha əsaslı müzakirələr aparacaq.

Paşinyan Ermənistan, Azərbaycan, İran, Rusiya, Gürcüstan, Aİ, ABŞ, Çin, Türkiyə və Mərkəzi Asiya ölkələri üçün “Beynəlxalq sülh və firavanlıq üçün Trampın yol xəritəsi”nin həyata keçirilməsinin vacibliyini bir daha vurğulayıb.

"Bu, artıq təminat verir ki, layihə nəinki həyata keçiriləcək, həm də müasir tarixdə ölkələrə gəlir, təhlükəsizlik və sabitlik gətirən ən uğurlu proje olacaq", - hökumət başçısı əmin edib.

O, Qazaxıstandan yüklərin tezliklə Azərbaycan və Gürcüstan üzərindən Ermənistana gələcəyini açıqlayıb. Paşinyan buna görə Azərbaycan Prezidentinə bir daha minnətdarlığını bildirib.

"Bu qərar Ermənistanla o qədər də geniş miqyasda müzakirə olunmayıb, bizim təsəvvürümüz yalnız bir qatarla bağlı olub", - Paşinyan fikrini yekunlaşdırıb.

Chosen
18
3
redaktor.az

10Sources