EN

Mikayıl Cabbarov Milli Məclisdə OD PÜSKÜRDÜ: “Çaşdırıcı məlumatlar yayırlar” – Hədəfdə KİMDİR?

"Mediada özlərini müstəqil ekspert adlandıran şəxslər bəzən çaşdırıcı məlumatlar təqdim edir. Biz də bu istiqamətdə məlumatlandırma işlərinə davam edəcəyik. Xüsusilə son illərdə həyata keçirilən vergi islahatları sırasında əmək münasibətlərinin şəffaflaşdırılımasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Özəl sektorda 8 min manatadək əməkhaqqının vergidən azad olması nəticəsində 1 yanvar 2019-cu ildən 1 oktyabr 2025-ci ilədək özəl sektorda əmək müqavilələrin sayı artaraq 471 min artaraq 1 milyonu ötüb. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla, özəl sektorda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10.6 milyard manata çatması proqnozlaşdırılır".

M.Cabbarov onu da qeyd edib ki, ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflaşmanın daha da yüksəldilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.

O qeyd edib ki, bu layihədə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, o cümlədən Naxçıvan MR fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üzrə tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi, nəqliyyat sektoru üzrə avtobus və yük avtomobillərinin istehsalının stimullaşdırılması, balıqyetişdirmə fəaliyətinin təşviq edilməsi məqsədilə kənd təsərrüfatı sektoruna daxil edilməsi və bu sektora verilən tamhəcmli güzəştlərin şamil edilməsi nəzərdə tutulur:

"Həmçinin, nağdsız əməliyyatların stimullaşdırılması və əhatəsinin genişləndirilməsi məqsədilə belə əməliyyatlar üzrə ictimai iaşə sektoruna vergi güzəştlərinin verilməsi və dərəcələrin azaldılması, habelə ƏDV məqsədləri üçün qeydiyyat həddinin 200 min manatdan 400 min manatadək artırılması təklif olunur.

Xüsusi olaraq qeyd edim ki, son illərdə həyata keçirilən vergi islahatları sırasında əmək münasibətlərinin şəffaflaşdırılmasına yönəlmiş əmək haqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.

Belə ki, qeyri-neft-qaz özəl sektorda 8000 manatadək əmək haqlarının gəlir vergisindən azad olunması nəticəsində 1 yanvar 2019-cu ildən 1 oktyabr 2025-ci ilədək qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötmüş, sektorun cəmi əmək müqavilələrində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib”.
Nazir bildirib ki, bu şəraitdə 2018-2024-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmaların payı 35,6 %-dən 17,5 %-ə enib:
"1 yanvar 2026-cı ildən etibarən vaxtı bitən güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaratmaq üçün, o cümlədən daha aşağı gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib".

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Chosen
17
12
musavat.com

10Sources