AZ

“ÇAŞDIRICI MƏLUMATLAR YAYIRLAR...” Nazirdən AÇIQLAMA

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ölkədə iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. Bu layihədə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi o cümlədən Naxçıvan MR-də fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştlərin verilməsi və s. kimi təkliflər nəzərdə tutulub”.

“AzPolitika" “Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Həmçinin nağdsız əməliyyatların stimullaşdırılması və əhatəsinin genişləndirilməsi məqsədilə belə əməliyyatlar üzrə ictimai iaşə sektoruna vergi güzəştlərinin verilməsi və dərəcələrin azaldılması, habelə ƏDV məqsədləri üçün qeydiyyat həddinin 200 min manatdan 400 min manatadək artırılması təklif olunur.

Son həftələrdə müşahidə edirik ki, mediada özlərini müstəqil ekspert adlandıran şəxslər bəzən çaşdırıcı məlumatlar təqdim edir, biz də bu istiqamətdə məlumatlandırma işlərinə davam edəcəyik. Xüsusilə son illərdə həyata keçirilən vergi islahatları sırasında əmək münasibətlərinin şəffaflaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib. Belə ki, özəl sektorda 8 min manatadək əməkhaqqının vergidən azad olması nəticəsində 1 yanvar 2019-cu ildən 1 oktyabr 2025-ci ilədək özəl sektorda əmək müqavilələrinin sayı 471 min manat artaraq 1 milyonu ötüb. 2025-ci ilin gözlənilən rəqəmi nəzərə alınmaqla özəl sektorda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10.6 milyard manata çatması proqnozlaşdırılır”, - deyə nazir əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
12
azpolitika.info

10Mənbələr