ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
ADY bildirib ki, qatarlarında texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər. Bu zaman qatarda baş verən gecikmələrlə bağlı vətəndaşlar vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər. Qeyd edilib ki, əgər sərnişin qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edib, çalışdığı yerə təqdim edə bilər.Bəs Metropoliten işə gecikənlərə görə arayış verirmi?
Mövzu ilə bağlı oktyabrın 17-də “Bakı Metropoliteni” QSC-yə sorğu göndərdik. “Bakı Metropoliteni”ndən Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, ADY-nin tətbiq etdiyi "gecikmə arayışı" metroda tətbiq edilmir: ““Bakı Metropoliteni” QSC-nin fəaliyyətinin spesifikliyi (qısa intervallarla hərəkət, yüksək sərnişin axını, operativ idarəetmə) və göstərilən sərnişindaşıma xidmətlərinin kütləvi xarakteri nəzərə alınmaqla, eləcə də gecikən sərnişinlərin fərdiləşdirilməsi və hər bir hal üzrə gecikmənin faktının etibarlı təsdiqi (bilet, onun istifadə edilməsi və s. kimi) imkanlarının mövcud olmaması səbəbindən fərdi “gecikmə arayışı”nın verilməsi praktik olaraq mümkün deyil və cəmiyyətin xidmətləri çərçivəsində nəzərdə tutulmamışdır”.
Günel Həsənova, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.