EN

45 yaşlı baş məşqçi oyun vaxtı vəfat etdi

Serbiyanın “Radniçki” klubunun baş məşqçisi Mladen Jijoviç oyun zamanı vəfat edib.

Fanat.Az xəbər verir ki, Superliqa təmsilçisinin çalışdırıcısı infarkt keçirib. 

Serbiya Futbol İttifaqı Jijoviçin faciəvi şəkildə vəfatı ilə açıqlama yayıb. Məlumata görə, 44 yaşlı mütəxəssis “Mladost Luçani” ilə 14-cü tur çərçivəsində keçirilən oyunun 22-ci dəqiqəsində qəfil yerə yıxılıb. Xəstəxanaya aparılan 45 yaşlı baş məşqçini həyata qaytarmaq mümkün olmayıb.

Təxminən 20 dəqiqə sonra stadionda onun vəfat etdiyi elan olunub.

Chosen
42
fanat.az

1Sources