EN

Filippinin hərbi helikopteri Mindanaoda qəzaya uğrayıb

Yazını böyüt
Yazını kiçilt

Filippinə məxsus “Super Huey” hərbi helikopteri Filippinin cənubundakı Mindanao bölgəsində qəzaya uğrayıb.

Hafta.az Filippinin PNA agentliyinə istinadla xəbər verir ki, ölkənin Hərbi Hava Qüvvələri hadisəylə bağlı bəyanat yayıb. Bildirilib ki, bu helikopter “zərərlərin qiymətləndirilməsi və ehtiyacların təhlili” missiyasını yerinə yetirmək üçün Davao şəhərindən Butuana yola düşən dörd helikopterdən biri olub. Helikopterlə əlaqə kəsilib və dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Bəyanatda qəzanın baş vermə şəraiti və səbəblərini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, “Super Huey” helikopteri Filippin Hərbi Hava Qüvvələrinin hava şəraiti ilə əlaqədar nəqliyyat, fəlakətlərə cavab vermək və təchizat missiyaları üçün istifadə edilən helikopteridir.

Chosen
13
3
hafta.az

4Sources