EN

Doqquz ay ərzində Azərbaycandan Qazaxıstana ixrac olunan qeyri-neft məhsullarının həcmi açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr ayları ərzində AzərbaycandanQazaxıstana 70,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsullarıixrac olunub.

Trend AzərbaycanınDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəriciötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon ABŞ dolları və ya21 faiz azdır.

Ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Qazaxıstana 88,9milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixracolunmuşdu.

Qeyri-neft məhsullarının ixrac həcmində Rusiya (33,2%), Türkiyə(16,5%), İsveçrə(9,4%), Gürcüstan(9,2%), Ukrayna (5,6 %), BƏƏ (3%),Qazaxıstan (2,7%), Belarus (2,1%), Özbəkistan (2 %), Türkmənistan(1,9%) və başqa ölkələrə (14,6%) tədarüklər üstünlük təşkiledib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları arasında Azərbaycanbu və digər ölkələrə 2,649 milyard dollar dəyərində qeyri-neftməhsulları ixrac edib.

Məlumatlara görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184milyon dollar və ya 7,5% dəyərində artım deməkdir.

Məqalədə:
Chosen
77
2
az.trend.az

3Sources