EN

Filippində hərbi helikopter qəzaya uğrayıb

Filippində "Super Huey" tipli hərbi helikopter qəzaya uğrayıb.

Missiya.Az xəbər verir ki, bu helikopter “zərərlərin qiymətləndirilməsi və ehtiyacların təhlili” missiyasını yerinə yetirmək üçün Davao şəhərindən Butuana yola düşən dörd helikopterdən biri olub. 

Helikopterlə əlaqə kəsildikdən dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb.

Hadisənin baş vermə səbəbləri və qəzanın təfərrüatları ilə bağlı araşdırma aparılır. Rəsmi məlumatlara görə, helikopter heyətinin vəziyyəti və hər hansı itki barədə hələlik açıqlama verilməyib.

Seyranə Quliyeva Missiya.Az

Chosen
44
missiya.az

1Sources