Azərbaycan II Liqasında ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.
Offsideplus.az xəbər verir ki, mükafata "Şəmkir"in futbolçusu Tural Məmmədzadə layiq görülüb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
T. Məmmədzadə "Xankəndi" ilə matçdan əvvəl təltif olunub.
Ona mükafatı PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.