Bakı. Trend:
Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydalarıtəkmilləşdirilməlidir.
Trend xəbərverir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu günMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində"2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsizamanı bildirib.
O vurğulayıb ki, qeyri-neft gəlirlərinin proqnozlaşdırılmışməbləği büdcə qaydasının müvafiq göstəricilərinin hesablanmasında,həmçinin büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilətəminatının müəyyən edilməsində istifadə olunur.
"Müsbət haldır ki, ilk dəfə olaraq, izahat sənədində carixərclərin qeyri-neft-qaz gəlirləri ilə təminatı üzrə ortamüddətliproqnozlar təqdim edilib. Bununla belə, hesab edirik ki, qeyri-neftgəlirlərinin hesablanması zamanı beynəlxalq təcrübədə tətbiq edilənmetodoloji tələblər nəzərə alınmalı, "Büdcə sistemi haqqında"qanunda da bu istiqamətdə dəqiqləşdirmələr aparılmalıdır", - deyəV. Gülməmmədov qeyd edib.