EN

Pensiya məbləği dəyişəcək

Hazırda Azərbaycanda müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da, uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15-65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir və dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir.

Lakin növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər.

Chosen
16
12
publika.az

10Sources