EN

Mərkəzi Bankın 2026 cı il üçün pul siyasətinin əsas məqsədi AÇIQLANDI

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq".

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək:

"Məzənnə sabitliyi 2026-cı ildə də qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Proqnozlara görə, növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarına görə, baza ssenari üzrə (neftin bir barelinin qiyməti 63.9$ və qazın min kubmetr üçün qiyməti 288$) 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında 3 milyard dollar ətrafında profisit olacağı gözlənilir".

"Maliyyə sektoru üzrə prioritetlər "2024-26-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"na uyğun həyata keçiriləcək. Strategiyanın icrası çərçivəsində ölkəmizdə maliyyə sisteminin mühüm sektorları olan sığorta, kapital bazarları, ödəniş sistemləri və rəqəmsal maliyyə kanallarının inkişaf etdirilməsi, habelə bank sektorunun dayanıqlılığının daha da gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək", - sədr fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
3
moderator.az

4Sources