Bakı. Trend:
Gələn il Mərkəzi Bankın pul siyasətinin əsas məqsədiinflyasiyanın hədəf daxilində saxlanılması olacaq.
Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bugün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsininmüzakirəsi zamanı bildirib.
Sədr vurğulayıb ki, növbəti ildə pul siyasəti mövcud rejimçərçivəsində həyata keçiriləcək: "Məzənnə sabitliyi 2026-cı ildə dəqiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcəkdir.Proqnozlara görə növbəti ildə tədiyə balansının cari əməliyyatlarhesabının profisitli olması valyuta bazarında tarazlığıdəstəkləyəcəkdir. Mərkəzi Bankın son (oktyabr 2025) proqnozlarınagörə baza ssenari üzrə (neftin bir barelinin qiyməti 63.9 dollar vəqazın min kub metr üçün qiyməti 288 dollar) 2026-cı ildə tədiyəbalansının cari əməliyyatlar hesabında 3.0 milyard ABŞ dollarıətrafında profisit olacağı gözlənilir".
"Maliyyə sektoru üzrə prioritetlər “2024-2026-cı illərdə maliyyəsektorunun inkişaf Strategiyası”-na uyğun həyata keçiriləcəkdir.Strategiyanın icrası çərçivəsində ölkəmizdə maliyyə sistemininmühüm sektorları olan sığorta, kapital bazarları, ödəniş sistemlərivə rəqəmsal maliyyə kanallarının inkişaf etdirilməsi, habelə banksektorunun dayanıqlığının daha da gücləndirilməsi istiqamətindəişlər davam etdiriləcək", - T. Kazımov qeyd edib.