EN

Bu ölkə Meksika ilə diplomatik əlaqələri kəsdi Səbəb

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Peru hökuməti keçmiş baş nazir Betsi Çavesə siyasi sığınacaq verən Meksika ilə diplomatik əlaqələri kəsib.

Axar.az xəbər verir ki, bunu Perunun xarici işlər naziri Uqo de Sela deyib.

“Bu dostyana olmayan hərəkətə cavab olaraq, eləcə də ölkənin hazırkı və əvvəlki prezidentlərinin Perunun daxili işlərinə dəfələrlə müdaxilə etməsini nəzərə alaraq, Peru hökuməti bu gündən etibarən Meksika ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib”, - o bildirib.

Qeyd edək ki, Perunun keçmiş baş naziri Betsi Çaves dövlət çevrilişinə cəhd ittihamı ilə hazırda istintaq altındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
axar.az

2Sources