EN

Azərbaycan və Əlcəzair arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub YENİLƏNİB FOTOLAR

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafla geniş tərkibdə görüş keçirib. SİA xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud dostluq münasibətləri bir daha təsdiqlənib.

Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar və yeni əməkdaşlıq imkanlarının araşdırılmasında qarşılıqlı maraqlarını vurğulayıblar.

Beynəlxalq və regional təşkilatlar – o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Hər iki nazir Azərbaycan və Əlcəzair arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində, eləcə də regionlarda və ümumilikdə dünyada sülh, inkişaf və rifahın təşviqinə sadiq olduqlarını ifadə ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
2
sia.az

10Sources