EN

Kanika Devan: Azərbaycanla apardığımız müzakirələrin əsas məqsədi yerli “yaşıl” təşəbbüsləri dəstəkləməkdir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 4 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

COP29 tədbirləri çərçivəsində Nigar Arpadarai, Taleh Ziyadov və Anna Soave ilə keçirdiyimiz görüşlər nəticəsində Azərbaycan istiqamətində genişlənmək planlarımız tam şəkildə möhkəmlənib. Çünki Azərbaycanın təbii ehtiyatları və coğrafi imkanları “yaşıl tikinti” modelini regionda nümunəyə çevirmək üçün əlverişli zəmin yaradır.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində “Ka Design” atelyesinin təsisçisi və kreativ direktoru, Bramco Qrupunun prezidenti, Dünya İqtisadi Forumunun gənc qlobal lideri Kanika Devan deyib.

Onun sözlərinə görə, Xəzər dənizində ekoloji cəhətdən təmiz texnologiya vasitəsilə emal edilə biləcək bir çox məhsullar mövcuddur və bu məhsullar həm Azərbaycan, həm də dünya üzrə yüksəkkeyfiyyətli tikinti materialları üçün dəyərli xammal rolunu oynaya bilər. “Bölgənin yaşıl infrastruktur mərkəzi kimi inkişaf potensialı isə olduqca həyəcanvericidir. Eyni zamanda, kənd təsərrüfatında zəngin təbii ehtiyatlar burada balanslı və bioloji müxtəlif infrastrukturların bərpasını nümayiş etdirmək üçün ideal şərait yaradır. Bu, mənim çox böyük həyəcanla yanaşdığım bir sahədir, çünki bu model vasitəsilə iqlim həllərinin insan rifahı ilə necə inteqrasiya oluna biləcəyi dünyaya nümayiş etdirilə bilər. Bizim Azərbaycanla apardığımız müzakirələrin əsas məqsədi davamlı mədənçilik, sıfır tullantı infrastrukturu və ekoloji bərpa üzrə ən yaxşı təcrübələrimizi yerli bizneslərə gətirərək, yerli “yaşıl” təşəbbüsləri dəstəkləməkdir. Məqsədimiz rəqabət aparmaq deyil, yerli şirkətlərlə əməkdaşlıq qurmaqdır”,- deyə Dünya İqtisadi Forumunun gənc qlobal lideri əlavə edib.

Qeyd edək ki, Kanika Devanın AZƏRTAC-a məxsusi müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
azertag.az

2Sources