ain.az bildirir, Unikal.az portalına istinadən.
Noyabrın 4-də Vətən müharibəsi şəhidləri Bağırzadə Mahsun Zahir oğlunun və Mirzəyev Rasim Fətta oğlunun anım günüdür.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Xanbulan və Gəgiran kənd qəbristanlığındakı qəbirlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.
Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb. Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.