EN

“Çelsi”nin baş məşqçisi: “Qarabağ” yaxşı komandadır, “Benfika” və “Kopenhagen”i məğlub edib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

London, 4 noyabr, AZƏRTAC

“Qarabağ” yaxşı komandadır, “Benfika” və “Kopenhagen”i məğlub edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Enzo Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri IV tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan çempionu III turda İspaniyada “Atletik”lə matçda hesabı açsa da, sonda məğlub olub: “Bu səbəbdən görüşün çətin keçəcəyini düşünürəm”.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
4
azertag.az

5Sources