EN

"Qarabağ"la oyun çətin keçəcək" - "Çelsi"nin baş məşqçisi

"Çelsi" üçün "Qarabağ"la oyun çətin olacaq.

Redaktor.az xəbər verir ki, bunu İngiltərənin"Çelsi" klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib.

Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

"Qarabağ"la oyun bizim üçün vacibdir. Çünki ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Şübhəsiz ki, bəzi oyunçuları rotasiya etməliyik. Cümə günü Londona qayıdırıq və sonra şənbə günü oyunumuz var. Uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq. "Qarabağ" yaxşı komandadır. Onlar "Benfika" və "Kopenhagen"ə qalib gəliblər. "Atletik"lə matçda hesabda irəli idilər lakin sonradan məğlub oldular. "Qarabağ" uzun illərdir ki, eyni baş məşqçi ilə çalışır. Komanda olaraq evdə çox sıx oynayırlar. Şübhəsiz ki, çətin oyun olacaq".

O, əsas futbolçularından olan Koul Palmerin zədəsindən danışıb:

"Palmer bizim üçün hər zaman lazımdır. Təəssüf ki, sabah "Qarabağ"a qarşı matçda görə bilməyəcəyik. Tez bir zamanda zədəsini sağaldacağı və aramıza dönəcəyini gözləyirik" (Report).

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Chosen
4
2
redaktor.az

6Sources