AZ

“Qarabağ”la oyun çətin keçəcək”

“Çelsi” üçün “Qarabağ”la oyun çətin olacaq.

Heftelik.az Report-a istinadən xəbər verir ki,  bunu İngiltərənin”Çelsi” klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:

“Qarabağ”la oyun bizim üçün vacibdir. Çünki ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Şübhəsiz ki, bəzi oyunçuları rotasiya etməliyik. Cümə günü Londona qayıdırıq və sonra şənbə günü oyunumuz var. Uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq. “Qarabağ” yaxşı komandadır. Onlar “Benfika” və “Kopenhagen”ə qalib gəliblər. “Atletik”lə matçda hesabda irəli idilər lakin sonradan məğlub oldular. Şübhəsiz ki, çətin oyun olacaq”.

Seçilən
4
4
heftelik.az

6Mənbələr