EN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzillər bazar dəyərindən daha ucuz satılır  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışa çıxarılan, Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində yerləşən tam təmirli, istifadə edilməmiş, çıxarışlı mənzillərin qiyməti bazar dəyərindən daha ucuz olmaqla 1 kvadratmetri 800 manatdan başlayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hər biri 3 və 4 otaqlı olan həmin mənzilləri banklara müraciət edərək ipoteka krediti ilə də almaq mümkündür. Mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Portala daxil olaraq nazirliyin satışa çıxardığı, Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış komplekslərindəki mənzillərlə tanış olmaq və onları bron edərək almaq olar.

Onu da qeyd edək ki, mənzillərin satışından əldə edilən vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldilir.

Chosen
17
8
azerbaijan-news.az

9Sources