EN

Namiq Nəcəfov: “Zəfər Günü – xalqın birliyi və ordumuzun qəhrəmanlığının təntənəsidir”

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində qızıl hərflərlə yazılmış ən şanlı səhifələrdən biridir. Bu gün Azərbaycan Ordusunun erməni işğalçıları üzərində qazandığı möhtəşəm qələbənin, xalqın birliyinin və dövlətimizin gücünün rəmzidir.

“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyinin sədri Namiq Nəcəfov QHT.az-a açıqlamasında bildirib ki, Zəfər Günü Azərbaycan xalqı üçün həm qürur, həm də unudulmaz bir tarixi hadisədir:

“Zəfər Günü mənim üçün Azərbaycan Ordusunun erməni qəsbkarları üzərində qazandığı parlaq qələbə deməkdir. 8 Noyabr xalqımızın ağrılı-acılı illərdən, qaçqınlıqdan, itkilərdən sonra göstərdiyi şücaətin, birliyin və dəmir yumruq kimi bir araya gəlməyin simvoludur. İkinci Qarabağ müharibəsində qələbənin əsas səbəbi xalq–iqtidar birliyi idi. Bu birlik müharibənin taleyini həll edən həlledici amil oldu. Xalqın iqtidara və ordusuna inamı, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan bu Zəfər, dövlətimizin qüdrətini bütün dünyaya göstərdi.”

QHT sədri həmçinin vurğulayıb ki, vətəndaş cəmiyyəti də bu birlik və həmrəyliyin qorunmasında vacib rol oynayır:

“QHT sektoru ölkəmizin haqq işində hər zaman fəal olub. Biz milli həmrəyliyin, vətənpərvərlik duyğularının, vətəndaş məsuliyyətinin möhkəmlənməsi üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişik. Hər bir QHT nümayəndəsi öz işi ilə vətənə sevgi və sədaqətini əməli şəkildə sübut edir.”

Chosen
32
qht.az

1Sources