EN

“Həvəskar fotoqrafın ailəvi portreti” sənədli film istehsal prosesinin son mərhələsindədir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 noyabr, AZƏRTAC

“Həvəskar fotoqrafın ailəvi portreti” adlı sənədli filmim istehsal prosesinin son mərhələsindədir. Bir neçə günlük çəkilişimiz qalıb və onları tamamladıqdan sonra noyabr-dekabr aylarından etibarən post-prodakşn mərhələsinə keçəcəyik. Bu mərhələnin Fransada həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır. Çünki layihəyə Gürcüstandan və Fransadan ortaq prodüserlər qoşulub.

AZƏRTAC xəbər verir ki, bu barədə rejissor, ssenarist Nurlan Həsənli üzərində çalışdığı “Həvəskar fotoqrafın ailəvi portreti” sənədli filmi ilə bağlı deyib.

O bildirib ki, “Həvəskar fotoqrafın ailəvi portreti” filmi üzərində işə tək başlayıb. “Çünki bu film öz ailəmin hekayəsinə əsaslanırdı və sadəcə kameramı götürüb çəkilişlərə başlamışdım. Daha sonra filmi müxtəlif proqramlara göndərdim və uğur qazandım. IDFA Beta Fondundan və Əl-Cəzirə kanalından dəstək aldım. İkinci proqramda iştirakdan sonra Gürcüstandan bir prodüser layihəyə qoşuldu, daha sonra Fransadan da ortaq prodüserimiz oldu”,- deyə rejissor bildirib.

Rejissor deyib ki, hazırda filmin Azərbaycandan maliyyə dəstəyi olmasa da, gələcəkdə post-prodakşn mərhələsi üçün Azərbaycan Respublikasının Kino Agentliyinin elan edəcəyi dəstək proqramına müraciət etməyi planlaşdırır.

“Mənim üçün vacib olan odur ki, film sonadək Azərbaycan filmi kimi qalsın”,- deyə ssenarist vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
3
azertag.az

4Sources