EN

Azərbaycan və Yunanıstan arasında enerji və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu

BAKI, 4 noyabr. TELEQRAF

Azərbaycan və Yunanıstanarasında neft-qaz və bərpaolunan enerji sahəsində əməkdaşlıq, həmçinin iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində paylaşım edib.

"Yunanıstanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşdük. Neft-qaz və bərpaolunan enerji sahəsində əməkdaşlıq, həmçinin iki ölkə arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası ilə bağlı məsələlər müzakirə olundu. Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin təminində oynadığı rol yüksək qiymətləndirildi. Bu ilin ilk doqquz ayında Azərbaycandan Yunanıstana 800 milyon kubmetr təbii qaz tədarük edilib".- deyə nazir qeyd edib.

Chosen
73
teleqraf.com

1Sources