EN

BBC Trampın çıxışını saxtalaşdırıb?


BBC telekanalı ABŞ Prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücum etməsindən əvvəl etdiyi çıxışı saxtalaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti BBC-nin korporasiyanın direktorlar şurasının üzvlərinə anonim şəkildə göndərdiyi 19 səhifəlik məktuba istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, söhbət 2024-cü ilin oktyabrında ABŞ prezident seçkiləri ərəfəsində BBC tərəfindən efirə çıxan bir saatlıq “Panorama” proqramından gedir.
Orada prezidentin çıxışı Trampın Kapitolini zəbt etməyə çağırışı kimi redaktə edilib.
BBC-nin nümayiş etdirdiyi proqramda Tramp deyir: “Biz Kapitoliyə gedəcəyik, mən də sizinlə olacağam və mübarizə aparacağıq, çünki siz var gücünüzlə mübarizə aparmasanız, bir daha ölkəniz olmayacaq”.
Əslində bu ifadənin birinci hissəsi çıxışın 15-ci dəqiqəsinə aiddir.
Orada deyilir: “Biz Kapitoliyə yürüş edəcəyik və cəsur senatorlarımızı və konqresmenlərimizi dəstəkləyəcəyik <…>. Mən bilirəm ki, buradakı hər kəs tezliklə dinc və vətənpərvər şəkildə səsini eşitdirmək üçün Kapitoli binasına yürüş edəcək”.  
İfadənin ikinci hissəsini “var gücü ilə mübarizə aparmağın zəruriliyini” Tramp 54 dəqiqə sonra səsləndirib.
Chosen
17
1
yeniavaz.com

2Sources