EN

Ukraynalı alim: “Döyüşdə həlak olan əcnəbilərin çoxu azərbaycanlılardır, ermənilər isə…” – SİYAHI

“27 oktyabr 2025-ci il tarixinə Ukrayna üçün canlarını fəda edən əcnəbi könüllülər arasında 65 ölkənin vətəndaşları var”.

NOCOMMET.az xəbər verir ki, məlumatı məşhur ukraynalı alim Roman Şeremetyevo yayıb:
”Ən çox ölüm halı 21 ölkənin vətəndaşları arasında qeydə alınıb. Bu siyahının liderləri arasında Azərbaycan vətəndaşları da var. (Siyahıya Azərbaycan əsilli Ukrayna vətəndaşları daxil edilməyib). Dərc olunan siyahıda ermənilər yoxdur”

Erməni mediası dərc olunan siyahıda ermənilərin olmaması ilə razılaşmayıblar:

”2022-ci ildən davam edən Rusiya-Ukrayna müharibəsi zamanı həlak olan könüllü döyüşçülərimizlə bağlı çoxsaylı məlumat və faktlar dərc olunub.Məsələn, ötən il “Jnews” ukraynalı həmkarlarının verdiyi məlumata istinadən müharibə zamanı 30-a yaxın erməninin öldüyünü yazıb. Onların altıda biri hərbçilər idi.

Dünən Ukraynadakı Ermənilər İttifaqının qərargahı bildirib ki, prezident Vladimir Zelenski ölümündən sonra bu ada layiq görülmüş qəhrəmanların ailələrini Ukraynanın Hərbi-Müdafiə medalının Qızıl Ulduzu və digər dövlət mükafatları ilə təltif edib. Onların arasında Ukraynanın azadlığı və müstəqilliyi uğrunda həyatını qurban verən Armen Armayisi Arduxanyan da var”.
Növbəti erməni uydurmaları! Ermənilər anlamır ki, Ukrayna 450 nəfərlik “Arbat” (“Armyanskiy batalyon”) batalyonunun Rusiya tərəfdən Ukraynaya qarşı döyüşdüyünü dəqiq bilir. Hətta Ukrayna onu da bilir ki, “Arbat”ın komandiri keçmiş “Vaqner” döyüşçüsü Ayk Qasparyanı ötən il öncəsi Putin tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, 2022-ci ildən Azərbaycanlılar Rusiya–Ukrayna müharibəsində birbaşa və dolayısı ilə iştirak edirlər. 2023-cü ilin qeyri-rəsmi məlumatına görə, Ukraynada azı 130 azərbaycanlı öldürülüb, 70 nəfər itkin düşüb və 100-ə yaxın azərbaycanlı yaralanıb. (2023-cü ilin may ayına qədər Rusiya işğalı zamanı Ukrayna uğrunda şəhid olmuş 26 azərbaycanlının adı məlumdur). 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrində təxminən 500 Azərbaycan əsilli Ukrayna vətəndaşı xidmət edib. Ukraynaya humanitar yardım həm Azərbaycan hakimiyyəti, həm də Ukrayna azərbaycanlıları tərəfindən təmin edilib.


Əntiqə Rəşid

Chosen
58
nocomment.az

1Sources