Futzal üzrə millimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarındakı ilk matçında qələbə qazanıb.
"Football-plus.az" xəbər verir ki, yığmamız A qrupunun birinci qarşılaşmasında Liviya ilə üz-üzə gəlib. Görüş yığmamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib.
Qeyd edək ki, futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.