EN

Putin hərbi xidmətə çağırışın il boyu aparılması haqqında qanunu imzalayıb

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırışın il boyu aparılması haqqında qanunu imzalayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə rəsmi hüquq-informasiya portalında məlumat yerləşdirib.

Xatırladaq ki, Rusiya Dövlət Duması oktrabyrın 28-də hərbi xidmətə il boyu çağırış haqqında qanun layihəsini üçüncü, yekun oxunuşda qəbul edib.

Qanuna əsasən, il ərzində tibbi müayinələr və çağırış kollegiyasının iclasları keçiriləcək, vətəndaşlar müəyyən edilmiş müddətlərdə xidmətə göndəriləcək.

Qeyd edək ki, indiyə qədər Rusiyada hərbi çağırış ildə iki dəfə, yaz (aprelin 1-dən iyulun 15-dək) və payız (oktyabrın 1-dən dekabrın 31-dək) çağırışı olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
2
apa.az

5Sources