AZ

Putin hərbi xidmətə çağırışla bağlı qərar İMZALADI

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Rusiya prezidenti Vladimir Putin hərbi xidmətə çağırışın il boyu aparılması haqqında qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə rəsmi hüquq-informasiya portalında məlumat yerləşdirib.

Xatırladaq ki, Rusiya Dövlət Duması oktrabyrın 28-də hərbi xidmətə il boyu çağırış haqqında qanun layihəsini üçüncü, yekun oxunuşda qəbul edib.

Qanuna əsasən, il ərzində tibbi müayinələr və çağırış kollegiyasının iclasları keçiriləcək, vətəndaşlar müəyyən edilmiş müddətlərdə xidmətə göndəriləcək.

Qeyd edək ki, indiyə qədər Rusiyada hərbi çağırış ildə iki dəfə, yaz (aprelin 1-dən iyulun 15-dək) və payız (oktyabrın 1-dən dekabrın 31-dək) çağırışı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
redaktor.az

5Mənbələr