EN

Gələn il manatın məzənnəsi necə olacaq? (ŞƏRH)

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"2026-cı ilin büdcə müzakirələri zamanı, hər il olduğu kimi, bu il də çox maraqlı fikirlər səsləndirilir. Hazırkı mərhələdə ictimaiyyət üçün ən diqqətçəkən mövzulardan biri manatın gələnilki məzənnə perspektividir".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank rəhbərinin çıxışları göstərir ki, növbəti ildə də manatın məzənnə sabitliyi qorunacaq:

"Deməli, qiymət sabitliyi və makroiqtisadi balansın təmin edilməsi prioritet olaraq qalır. MB rəhbəri xüsusi olaraq vurğulayıb ki, 2026-cı ildə pul siyasətinin əsas məqsədi inflyasiyanı hədəf diapazonunda saxlamaqdır. Pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək və məzənnə sabitliyi növbəti il də qiymət sabitliyinin əsası olacaq".

İqtisadçı bildirib ki, vətəndaş üçün də ən həssas məsələ manatın dəyəridir:

"Əməkhaqqı, pensiya, gündəlik gəlir və xərclər hamısı manatla formalaşır. İndiki şəraitdə manatın dollar qarşısında sabit saxlanılması həm inflyasiyanın nəzarətdə qalması, həm də insanların real gəlirlərinin qorunması üçün ən doğru yoldur. Bu yanaşmanın iqtisadi əsası varmı? Təqdim edilən proqnozlara görə var. 2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında təxminən 3 milyard manat profisit gözlənilir. Bu profisit, eyni zamanda, valyuta bazarında sabitliyi dəstəkləyən mühüm amillərdən biridir. Bir sözlə, 2026-cı ilə dair mənzərə sabitdir. Mərkəzi Bank üçün əsas prioritetlər yenə də qiymət sabitliyi, manatın dəyərinin qorunması və maliyyə sabitliyinin təmin edilməsidir. Bu yanaşma həm bazarda inamı gücləndirir, həm də manatının alıcılıq qabiliyyətini müdafiə edir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
2
qaynarinfo.az

4Sources